Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniya klubu “Eqnatiya”nın heyətində İtaliya nəhəngi “İnter”ə qarşı yoxlama görüşündə iştirak edib.
“Zirvə yolu”nun məlumatına görə, yarımmüdafiəçi təlim-məşq toplanışı çərçivəsində Milanda baş tutan qarşılaşmanın son 15 dəqiqəsində meydanda olub.
İsgəndərli komandası hesabda 2:1 öndə olarkən, 75-ci dəqiqədə mübarizəyə qoşulub. Bundan sonra 3 qol vuran “İnter” 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya”ya ötən ay “Sumqayıt”dan keçib. Albaniya çempionatında 2023/2024 mövsümü avqustun 19-da start götürəcək.