Dünya

“Terroçulara yer yoxdur!” – Çavuşoğlu

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Cenevrədə avropalı jurnalistin sualına cavabı sosial mediada böyük rəğbətlə qarşılanıb.

Redaktor.az xəbər verir ki, media nümayəndəsinin “Cənab Çavuşoğlu, siz atəşkəs rejiminin uzadılması məsələsini müzakirə edəcəksinizmi” sualına XİN rəhbəri “Hansı atəşkəs?” sualı ilə cavablayıb.

Ardınca jurnalistin “Rusiya və Türkiyə arasında…” deməsindən sonra Çavuşoğlu sadəcə əməliyyatların dayandırıldığını qeyd edib:

“Atəşkəs iki suveren ölkə arasında olur. Atəşkəs iki hökumət və ya dövlət arasında olur”.

Daha sonra nazirin pilləkənləri çıxarkən söylədiyi “Terroçulara yer yoxdur!” sözləri sosial şəbəkələrin gündəminə çevrilib./axar.az/

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir