Cəmiyyət

Hövsanda dənizə yaxın açıq ərazidəki yanğın söndürülüb – YENİLƏNİB

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Zirvə yolu” xəbər verir ki,bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

15:51

Paytaxtın Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazi yanır.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir