Manşet Siyasət

XİN: “Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır” – YENİLƏNİB

“Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır”.

“Zirvə yolu” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar “X” hesabında etdiyi paylaşımda yazıb.

“Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq”, – o bildirib.

10:00

Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşım edib.

“Zirvə yolu”nun xəbərinə görə, nazirliyin “X” hesabında edilən paylaşımda qeyd olunub ki, 31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

“Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var”, – paylaşımda qeyd olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir