Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-i saat 12 radələrində Salyan rayonu ərazisində 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın üzərində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə aşkar olunmasi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib: “İlkin istintaqla hadisənin qadının əri, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Nahid Huseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. N.Huseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”