Manşet Siyasət

Xankəndidəki erməniəsilli şəxslərə aparılan 40 ton humanitar yardımın keyfiyyət sertifikatı sülhməramlılara təqdim olunub

“Dünən axşam yenidən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə görüşdük. Gətirdiyimiz humanitar yükün sertifikatını Azərbaycan və rus dillərində onların həkiminə təqdim etdik”.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.

O bildirib ki, hazırda gözləmə mövqeyindədirlər: “Bizim əlaqə vasitələrimiz onlarda var. Gün ərzində ola bilsin ki, bizə cavab verilsin”.

Qeyd edək ki, hazırda içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir