Mərkəzi Bank elektron ticarətdə tətbiq edilən ƏDV-nin bu ticarətə mənfi təsiri ilə bağlı Vergilər Nazirliyi ilə danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.
A.Quliyev AMB-nin bu barədə təkliflərini diqqətə çatdırıb:
“Nağdsız cəmiyyətdən, kölgə iqtisadiyyatından danışanda vergi inzibatçılığının müasirləşdirilməsi çox mühüm məsələdir. Son illər Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə çoxlu islahatlar həyata keçirilir.
Qaldı elektron ticarətdə vergilərin tətbiqinin bir əngəl olması məsələsinə, biz daim Vergilər Nazirliyi ilə qarşılıqlı müzakirələr aparırıq və bu məsələ gündəmdədir”.