“Şəhid anası yalnız qardaşa, ailəyə deyil, dövlətə, millətə də əmanətdir” – tanınmış hüquq-müdafiəçisi ÇAĞIRIŞ ETDİ
“Şəhid anası yalnız qardaşa, ailəyə deyil, dövlətə, millətə də əmanətdir”. DİA.AZ bildirir ki, bu xəbərdarlıqla çıxış edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bir neçə gün əvvəl ictimailəşdirdiyi problemin hələ də çözülməməsinə işarə edərək növbəti dəfə narazı vətəndaşın gileyini təqdim edib:
“Çağırdılar, qulaq asdılar və: Azəriqaz Masallı RQİİ ,Yardımlı XS-dən kimsə ölməlidir,yaxud pensiyaya getməlidir ki, səni onun yerinə götürə bilək.”Get,kimə istəyirsən şikayət et “. dedilər
Çoxlu sayda qəbul etdiyiniz vəzifə sahiblərini bəyəm ölən, təqaüdə gedən yerinə işə götürmüşdünüz ki (götürürsünüz)?
Şəhid ailəsi yazır
Mən Musayev Rəşad İsmayil oqlu təkrar muraciyət edirəm #socar #azəriqaz rəhbərliyinə mənə ŞƏHİD ailəsi olduquma gorə hec bir koməkliy gosdərmədiz .mənə Yenə Masallida iş təklif eledilər evde maddi durumum olmadiqina yataq xəsdəsi olan anam olduquna gorə təkrar bildirdim Masalli uzaqdi..mənə. Masallinın Yardimliya yaxin kəndini teklif elediler..3 manat masalli iş idarəsinə. ordan elave odeniş edib onlar deyen kende gedmeliyem iş bitennen sora yene yol pulu verib axşam idareye gedmeliyem ordanda. Yardimliya marşurut avtobusu olmadığına görə taksi ilə Şəfəqli kənsinə . Gün ərzində 30.40 manat edir.. Aldiqimi maaş yol pulumu odəməyəcəy bildirsəm də dedilər xoşundu bu ,xoşun deyil ozun bilərsən…”
***
Qeyd edək ki, M.Qəhrəmanlı vətəndaşın gileyi ilə yanaşı, “Azəriqaz” rəhbərliyinə də xitab edib:
“SOCAR və “Azəriqaz” rəhbərliyi, budur sizin Şəhid ailəsinə olan dəstəyiniz, qayğınız? Şəhid ailəsinə siz niyə biganə qaldınız…”
Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq…