Cəmiyyət Dünya

Deputat məhkəmə işinə cəlb edildi – Torpaq mübahisəsi apellyasiya qaytarıldı

 

“Posat” Bağ Tikinti Kooperativi ilə keçmiş deputat Qalib Salahzadə arasında məhkəmə çəkişməsi davam edir.

Bu ilin mart ayında işə Ali Məhkəmədə baxılıb və yenidən apellyasiya instansiyasına qaytarılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşid Səmədovun icraatındadır.

Cavabdeh qismində Bilgəh bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi təmsil olunur.

Qalib Salahzadənin oğlu, deputat Əliabbas Salahzadə də maraqlı şəxs qismində işə cəlb edilib.

“Posat” Bağ Tikinti Kooperativi ilə Qalib Salahzadə arasında uzun müddətdir ki, torpaq mübahisəsi gedir.

Kooperativ Qalib Salahzadəni Bilgəhdə quruma məxsus 5, 3 hektar torpaq sahəsini ələ keçirməkdə ittiham edir. Qurumun iddiasına görə keçmiş deputat həmin torpaq sahəsini vəfat etmiş nənəsinin adına özəlləşdirib.Qaynarinfo

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir