Təhsil

Formadan imtina edən şagirdi hansı cəza gözləyir? – AKTUAL

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Tədris ənənəvi olaraq sentyabrın 15-də başlayacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Lakin bir çox valideyn övladı üçün məktəbli formasını bu və ya digər səbəblərdən dolayı ya almayıb, ya da almamağı düşünür.

Maraqlıdır, həmin şagirdlər üçün hər hansı bir cəza mexanizmi nəzərdə tutulub?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Cebhe.info-ya açıqlamasında bildirib ki, həmin məktəblilər formasız qalmayacaq:

“Əgər o ailə aztəminatlıdırsa, həssas qrupa daxildirsə, regionlar üzrə regional təhsil idarərtmə şöbələrinə müraciət edir və o ailələrin uşaqları məktəbli forması ilə təmin olunurlar.

Eyni zamanda, belə bir prosedur icra hakimiyyətlərində də var. Həmin ailənin imkanı çatmırsa, dediyim kimi həssas qrupa daxildirsə, onların övladları tələb olunan məktəbli forması ilə təmin olunacaq. Yəni, heç kəs kənarda qalmayacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir