Lənkəranda 26 mənzildən ibarət olan yaşayış binası qəzalı vəziyyətdədir və hər an çökə bilər.
Xezerxeber.az-ın məlumatına görə, bu bina ötən əsrin əvvəllərində şəhərin mərkəzində inşa edilib.
Qeyd edək ki, sözügedən binanın sakinlərindən biri çürük döşəmədən zirzəmiyə düşərək xəsarətlər alıb.
Sakinlər qeyd ediblər ki, çürük döşəmələr üzərində hərəkət etməkdən ömürləri çürüyüb. Mənzillərdən birinin sahibi çıxış yolunu yerə qapı sərməkdə görüb.
“Bir neçə il bundan əvvəl dam örtüyü dəyişilsə də, yağış yağan zaman yenə də evlərə su damır. Divarlarda iri çatlar əmələ gəlib. Aidiyyəti qurumların nümayəndələri binaya baxış keçiriblər. Binanın yaşayış üçün yararlı olmadığı barədə qərar verilib”. – deyə sakinlər bildiriblər.
Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi İlham Mirzəzadə məsələ ilə bağlı qeyd edib ki, yaxın vaxtlarda vəsait ayrılan kimi həmin sakinlər üçün yeni bina tikiləcək:
“Yeni bina tikilənə qədər sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq”.
Ətraflı süjetdə: