Xəbər

Qoşqar Təhməzli: “İstifadəyə yararsız pestisidlərlə bağlı ilkin təkliflər hökumətə təqdim edilib”

“İstifadəyə yararsız pestisidlərlə bağlı ölkədə mövcud olan problemlərin həlli istiqamətində ilkin təkliflər hazırlanaraq hökumətə təqdim edilib”.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli pestisidlərin həyat dövriyyəsinin idarə edilməsinə həsr olunan regional seminarda çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, pestisidlərlə çirklənmiş ərazilərdə və onların saxlanıldığı anbarlarda aparılan monitorinqlərin nəticələrinin təhlili ümumiləşdirilərək problemlərin aradan qaldırılması, habelə pestisidlərin dövriyyəsi sahəsində monitorinqlərin aparılması, mövcud vəziyyətin təhlil edilməsi və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı zəruri tədbirlərə dair təkliflərin hazırlanması məqsədilə İşçi qruplar yaradılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir