Səhiyyə

Azad edilmiş ərazilərdə 7 nöqtədə pestisidlərin köçürülməsi işləri aparılacaq

“Azad edilmiş ərazilərdə uzun müddət istifadəsiz qalmış pestisidlər ətraf mühitin çirklənməsinə səbəb olub. Həmin ərazilərdə heç bir dövlət qurumu nəzarət monitorinqləri həyata keçirə bilməyib”.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan və Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Böyük Qayıdış dövlət proqramında bununla bağlı xüsusi tədbir müəyyənləşdirilib: “Agentlik və digər bu sahəyə aidiyyəti olan qurumlar həmin ərazilərdə pestisid poliqonlarının yerinin müəyyənləşdirilməsi və orada yığılmış pestisidlərin məhv edilməsini apararaq Cəngi poliqonuna daşınmasını təmin edəcək. Artıq tədbirlərə başlanılıb, ilkin monitorinqlər keçirilib. Azad edilən ərazilərdə 7 belə nöqtə müəyyənləşdirilib. Həmin yerlərdə mina təmizləmə işlərinin aparılması şərti ilə orada pestisidlərin köçürülməsi işləri təmin ediləcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir