Şou biznes

“Azərbaycan müğənniləri qoşa yaranıb, təkcə Xumardan başqa…”

Xalq şairi Ramiz Rövşən Əməkdar artist Xumar Qədimovanın İmadəddin Nəsiminin qəzəlinə bəstələdiyi “Neylərəm” qəzəli haqda fikirlərini bildirib.

Axşam.az xəbər verir ki, o, bu barədə elə klipin təqdimatı zamanı danışıb:

“İnsan proqramlaşmış kainatdır. Allahdan başqa hər şey qoşadır. Qəribədir ki, Allah hər şeyi qoşa yaradıb. Və Azərbaycan müğənnilərini də qoşa yaradıb. Siz bir Azərbaycan ifaçılarına nəzər yetirsəniz görəcəksiniz ki, gündüz və gecə, şuxluq və kədər bizim ifaçılıq sənətində vardır. Misal üçün Rübabə Muradova, Şövkət Ələkbərova, Flora Kərimova, Zeynəb Xanlarova. Bunlar bir-birini tamamlayan sənətçilərdi. Amma çox nadir hallarda həm kədər, həm də şux ovqatlı ifa bir müğənnidə təccəssüm olunur. Xumar xanım həmin müğənnilərdəndi. Onun səsində həm Rübabə Muradovanın kədəri, həm də Zeynəb Xanlarovanın şuxluğu var”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir