Cəmiyyət

Cəlil Əliyevin rəisi olduğu idarə vergi borcu olan şirkəti qalib etdi – FOTO

Cəbrayıl Suvarma Sistemləri İdarəsinin “Hidrotexniki qurğuların cari təmiri üçün mal-materiallar,nasos stansiyaları və maşın-mexanizmlərin ehtiyyat hissələri və sürtgü materialları” ilə bağlı elan etdiyi tender başa çatıb.

Zirveyolu.info-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi “BASHAK SUPPLY” MMC olub. Tərəflər arasında 57.442,81 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən İdarə avtoşin, alışdırma bobini, alışdırıcı şam, amartizator, Hava filteri, yağ filteri, təkər dartıcı oxun diyircəkli başlığı, akkumlyator, əyləc bəndi və s. ilə təmin olunmalıdır.

Əldə etdiyimiz məlumata görə, “BASHAK SUPPLY” MMC-nin dövlətə vergi borcu var. Şirkətin hazırda borcu 24554.84 AZN təşkil edir.

Bildirək ki, nizamanamə kapitalı 20 AZN olan “BASHAK SUPPLY” MMC-nin qanuni təmsilçisi Kənan Həsənli Fərzəli oğludur.

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.

Xatırladaq ki, Cəbrayıl Suvarma Sistemləri İdarəsi rəisi Cəlil Əliyevdir.

Cəlil Əliyevin rəisi olduğu idarə vergi borcu olan şirkəti qalib etdi

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir