Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.
Emil Rəhmanov bu gün səhər saatlarında 44 yaşında vəfat edib.
“Zirvə yolu” xəbər verir ki, oğlunun ölümündən danışan Əməkdar artist Rəhman Rəhman oğlunun qəfildən həyatını itirdiyini bildirib:
“Düzəlmişdi oğlum, yaxşı idi. Amma ürəyində tromb oldu, qəfildən halı pisləşdi. Gecə saat 2-də gətirdik xəstəxanaya. Reanimasiyaya yerləşdirdilər. Böyrəklər işləmədi, həkimlər onu xilas edə bilmədi. Getdi oğlum… Balam son sözünü də deyə bilmədi”.
R. Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.