Dünya Manşet

Ermənistanda müxalifət liderlərindən biri və daha 84 nəfər saxlanılıb – YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 84-ə çatıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Etiraz aksiyaları davam edir.

09:29

Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, “Ana Ermənistan” Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bundan başqa, polisin məlumatına görə, İrəvanda keçirilən aksiyalar zamanı daha 26 nəfər saxlanılıb.

Qeyd edək ki, A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.

O, 1974-cü ildə İrəvanda anadan olub. 2021-2023-cü illərdə Ermənistan parlamentinin deputatı olub. Bu il İrəvan şəhər bələdiyyəsinə üzv seçilib. 2003-2013-cü illərdə Rusiya-Ermənistan Universitetində müəllim işləyib.

A.Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. O, son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarındandır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir