Cəmiyyət

“İlham Əliyev və Paşinyan mütləq görüşməlidir” – ABŞ

“Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında mütləq görüş olmalıdır”.

Zirveyolu.info  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı bildirib.

“Ermənistan və Azərbaycan sabit sülh sazişi əldə etməlidir. Prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumun aradan qaldırmasının vacib olduğunu düşünürük” , – o, vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir