“Zirvə yolu” xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.
Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi –
Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
***
İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.