Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə iki beynəlxalq turnirdə iştirak edəcəklər.
“Zirvə yolu” xəbər verir ki, komanda bu məqsədlə qardaş ölkəyə yola düşüb.
Onlar ilk olaraq 29 sentyabr – 1 oktyabr tarixlərində Mersində təşkil olunacaq “Bioderma Pro Beach Tour” açıq çempionatında qüvvələrini sınayacaqlar. Həmin yarışda Azərbaycanı bir qadın (“Azərreyl”) və iki kişi komandası (“Murov AZ Terminal-1”, “Murov AZ Terminal-2”) təmsil edəcək.
Voleybolçuların növbəti sınağı Balıkesirdə olacaq. Komanda orada CEV Klublararası Avropa Kubokunda (Beach Volley European Cup) qüvvəsini sınayacaq. Turnirdə qadınlardan “Azərreyl”, kişilərdən isə “Murov AZ Terminal” klubu mübarizə aparacaq.
Kubok oyunları oktyabrın 5-dən 8-dək davan edəcək.