Cəmiyyət

Göygöl sakini ÇARƏSİZ DURUMDA… – MÜRACİƏT

Göygöl rayonu, Cümşüdlü kənd sakini İsayev Anar Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Məşğulluq Xidmətindən narazılığını bildirir:

“Mən, İsayev Anar Tahir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2020-ci ildən bu günə kimi Məşğulluq Xidmətində qeydiyyatdayam. Nümayəndələr gəlib baxış keçirməlidir, amma indiyədək gələn yoxdur. Məndən sonra müraciət edənlərə cavab gəlib, heyvan verilib, mən isə hələ də gözləyirəm. Nə vaxt getsəm deyirlər ki, get, yoxlama gələcək. Bu qədər rahatçılıq, özbaşınalıq mövcuddur.

Mənim ehtiyacım var ki, 3 ildir həmin idarəyə gedib-gəlirəm. İnsanı yaşamaqdan soyudurlar, bu, mənə düşürsə, niyə vermirsiz, niyə uzadırsız?!”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir