Hərb

Ermənistanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasına qatılmayıb – YENİLƏNİB

Ermənistanın müdafiə naziri Suren Papikyan MDB Müdafiə Nazirləri Şurasının Rusiyanın Tula şəhərində keçirilən iclasına qatılmayıb.

“Zirvə yolu” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Aram Torosyan bildirib.

Lakin S.Papikyanın iclasda iştirak etməməsinin səbəbini açıqlamayıb.

11:46

Sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə quruma üzv 8 ölkənin uyğun qurumlarının, o cümlədən Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin rəhbərləri də iştirak edirlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir