Sosial

Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı – RƏSMİ

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatı öyrənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir