Cəmiyyət

“Bakı Metropoliteni” Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi – AXI NİYƏ?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) H.Aslanov stansiyasının dalan yollarında korroziyaya uğramış yük daşıyıcı konstruksiyaların bərpası işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Zirveyolu.info Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi Avro-Asiya İnşaat Korpoasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 31 677 740,95 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, Avro-Asiya İnşaat Korpoasiyası “Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfədniyeviçdir.

“Evrascon” MMC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Abid Şərifov isə bu barədə mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib.

Qeyd edək ki, Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir