Cəmiyyət

Sosioloq bayram günü telekanalları tənqid etdi

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır. Bir çoxları televiziya rəhbərlərini təbrik etsə də sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu onlara tənqidi müraciət ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, professor telekanalları insanların mənəvi dünyasını korlamaqda və reytinq xatirinə əxlaqsızlığın artmasına səbəb olmaqda ittiham edib.

Əhməd Qəşəmoğlu

“TV- lərin, saytların, qəzetlərin və digər informasiya şəbəkələri rəhbərlərinə !

Ən mühüm problemimiz yəqin ki, mənəvi-əxlaqi problemlərimizdir. Mənəviyyatlı insan digər problemlərin həllinə özü can atır. Mənəviyyatda problem yarandıqda isə başqa mühüm problemə də etinasız qalır. Mənəvi dəyərlərdə problem artan məkanda hər cür neqativ hallar da sürətlə artır. Bu cəmiyyətin qanunudur.

Dəyərli insanlar!

Mənəvi dəyərlərimizi aşındıran informasiyaları reytinq xatirinə yaymayın! Bununla Siz əhali arasında həmin halları adiləşdirir və insanların, xüsusi ilə yeni nəslin əxlaqının aşınmasına kömək edirsiniz. Yaxşı olar ki, mənəvi dəyərlərimizin cəmiyyətdə daha aparıcı rol oynamasına yollar axtarasınız. Əxlaqsızlıqla, mənəviyyatsızlıqla mübarizə aparan başqa bir qurumun yaranmasına çalışasınız”,- deyə o bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir