Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Əhmədova Dilşad Batixan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.