Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru Yunis Salman oğlu Quliyev tutduğu vəzifəsindən azad edilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Yunis Quliyev Naftalan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib.
Biz də redaksiyamız adından bu münasibətlə Yunis müəllimi təbrik edirik. Ona çətin və şərəfli peşəsində müvəffəqiyyətlər arzu edirik.