“Şikayətim “Push30″ şirkətindəndir”. DİA.AZ bildirir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Səriyə Əliyeva adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: “Mobil tətbiqdə göstərilən xidmətlərə pulu aldıqdan sonra “bizlik deyil” deyə bildirirlər… Elə bil dövlət idarəsidir, heç kimin qəbuluna düşmək olmur….
Yeri-yurdları da bəlli deyil. Bu qədər də məsuliyyətsiz işçiləri olan ikinci bir şirkət tanımıram.
![]()
Menecerləri Fərhan Əliyev ümumiyyətlə əlçatmaz bir varlıqdır. Heç kim onlardan idman paketləri almasın, pulunuz və əsəbləriniz gedəcək…”
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…Dia.az





