Cəmiyyət

Bakı təhsilində RƏHBƏR DƏYİŞİKLİYİ: NƏ BAŞ VERİR? – İLGİNC İDDİALAR…

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva dünən vəzifəsindən azad edilib. 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Mehriban Vəliyevanın vəzifədən azad olunması barədə açıqlama verilməyib.

Zirveyoly.info  xəbər verir ki, Qlobal.az Mehriban Vəliyevanın vəzifədən azad olunması barədə ilginc məlumat əldə edib.

Məlumata görə Mehriban Vəliyevanın vəzifədən azad edilməsinə səbəb külli miqdarda dövlət vəsaitinin səmərəsiz xərclənməsi, habelə İdarənin keçirdiyi satınalmalarda şübhəli məqamların olmasıdır.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də “İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması” və 2022-ci ilin sentyabr ayının 29-da “Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müxtəlif tədbirlərin və layihələrin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmalarda neqativ hallar aşkarlanıb.

Qeyd edək ki, qalib elan edilən hər iki təşkilatın – “Formul” (VÖEN: 1307189931) və “MACİS CONSULTİNG” (VÖEN: 2005840331) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin qanuni təmsilçisi eyni şəxs – Əhmədov Cəlil Mirqiyas oğlu olub.

Bu şirkətlərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri mehriban Vəliyevaya yad olmadığı iddia edilir.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilən Mehriban Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir