Cəmiyyət

Kəngərlinin icra başçısı QOÇULUQ EDİR – BU NƏDİ BELƏ?!

Kəngərli rayon Qarabağlar kənd sakini, siyasi fəal Amar Hüsen icra başçısı Kamal Ələkbərovun öz kabinetində onu hədələdiyini bildirir. O deyir ki, hədələnməsinə səbəb, evini qanunsuz sökdürdüyünə görə, icra hakimiyyətini məhkəməyə verməsidir. Şikayətçinin sözlərinə görə, Kəngərli rayon icra başçısı Kamal Ələkbərov ona hədə-qorxu gəlməklə, şikayətini geri götürtməyə nail olmaq istəyir.
Zirveyolu.info-ın məlumatına görə, Amar Hüseyn „Gündəlik Naxçıvan“a bildirir ki, məhkəmə onun icra hakimiyyətinə qarşı iddiasına təxminən bir ay sonra, noyabrın 13-də baxacaq. Şikayətçinin sözlərinə görə, icra başçısı bu məsələyə görə, ötən həftə onu öz qəbuluna çağırıb:
“Öncə mənə şirnikləndirici təklif edərək dedi ki, gəl sənə torpaq sahəsi verək, əl çək iddiandan. Mən isə dedim ki, mənə qarşı ədalətsizliyin aradan qaldırılmasını, günahkarların cəzalandırılmasını istəyirəm. Biz hüquqi dövlətdə yaşayırıq, məhkəmə nə qərar çıxarsa, ona uyğun hərəkət edəcəyəm. Bundan sonar Kamal Ələkbərov mənimlə hədə-qorxu dilində danışmağa başladı. Dedi ki, şikayətini götürməsəm, Vasif Talıbovun zamanındakı repressiyalardan da pisini yaşadacaq mənə. Mən isə dedim ki, nə istəyirsən et, haqq yolumdan dönən deyiləm. Mən təhdidlərdən qorxan insan olsaydım ədalət axtarışına çıxmazdım. Sonda dedi ki, nə qədər mən icra başçısıyam, sənə heç yerdə iş verilməyəcək“.
Əvvəllər YAP fəalı olmuş Amar Hüseyn 2020-ci ildə Naxçıvan Ali Məclisinə seçilərdə yerli hakimiyyətin iradəsinə zidd olaraq, Qarabağlar dairəsindən namzəd olub. O deyir ki, seçkdə qalib gəlsə də, nəticələr saxtalaşdırılıb, qələbəsi əlindən alınıb. Həmin vaxtdan öz hüquqlarının bərpası üçün mübarizəyə başlayıb. Elə, bundan sonra ona qarşı repressiyalara star verilib. Amar Hüseyn deyir ki, o vaxtkı icra başçısı Ramiz Cəfərov əvvəlcə onun atasının baytarlıq aptekini əlindən alıb, daha sonra evini sökdürüb, özünə isə, müxtəlif təzyiq və təhdidlər edib.
Amar Hüseyn deyir ki, Kamal Ələkbərov keçmiş icra başçısı ilə dost olduğu üçün, ona qarşı repressiya üsullarını hələ də davam etdirir:
“Mən bu mübarizəyə şəxsi mənfəətim üçün başlamamışam. Bir insan barəsində yol verilmiş ədalətsizlik, hamı üçün hədədir. Mən aidiyyatı orqanlardan və xüsusilə cənab İlham Əliyevdən xahiş edirəm ki, Naxçıvanı Kamal Ələkbərov və onun kimi məmurlardan təmizləsin. Onlar islahatlara kölgə salırlar”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir