Balıqlar necə və hansı şəraitdə satılmalıdır? Standartlara cavab verməyən ərazilərdən alınan balıqlar insan həyatı üçün təhlükəlidirmi?
O bildirdi ki, balıqlar ya su ətrafında çıxarıldığı yerdə diri-diri satılmalıdır, ya da ki təchiz olunmuş mağazalarda buz içərisində saxlanılaraq satılmalıdır:
Dondurulmuş balıqların içərisində də təhlükəli olan balıq məhsullarının da ola biləcəyini deyən E. Hüseynov qeyd etdi ki, balıq satış məntəqəsinə gətirilənə kimi hansı şəraitdə, hansı proseslərdən keçdiyini nəzərə almaq lazımdır:
“Balıq tutulandan sonra satış yerlərinə mütləq dondurucularda gətirilməlidir. Çünki balıq istehlakçıların süfrəsinə çatdırılana qədər müəyyən risk zəncirlərindən keçir. Zəncirin halqası harada zəifdirsə zəhərlənmə ordan baş verə bilər. Balığın təzə olub-olmamasının ən yaxşı üsulunun laboratoriya şəraitində yoxlamaq lazımdır. Balığın kölnə olduğunu bilmək üçün bir neçə sadə üsul var. Barmaqla basırsan batıq qalırsa, pulları tökülübsə, pis qoxu gəlirsə, qulağın altında selik varsa həmin balıq köhnədir. Balıq dəyişdirilə bilən və qaytarılan məhsullar sırasındadır. Bütün hallarda istehlakçıların bu sahədə problemləri varsa 1003 telefon xətti ilə Qida Təhlükəsizlik Agentliyinə məlumat verə bilərlər”.