İdman

Avstriya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxacaq

Avstriya yığmasının daha bir futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunları buraxacaq.

“Zirvə yolu” yerli mətbuata istinadən məlumatına görə, bu dəfə mərkəz müdafiəçisi Qernot Trauner sıradan çıxıb.

Niderlandın “Feyenoord” klubunun üzvü dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib. Bununla baş məşqçi Ralf Ranqnikin xidmətindən məhrum olduğu oyunçuların sayı 6-ya yüksəlib. Traunerə qədər David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri dəqiqləşmişdi.

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir