Misir Qəzza zolağı ilə sərhəddə fəaliyyət göstərən “Rəfah” keçid məntəqəsini açıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərhəd-keçid məntəqəsi humanitar yardım üçün yenidən fəaliyyət göstərir.
Qeyd edək ki, oktyabrın 10-da Misir sözügedən məntəqəni bağlamışdı.