Sosial

Südlə bağlı YENİ QALMAQAL: “Pul müqabilində yazılan fikirləri…”

Uzun illərdir süd və süd məhsullarının faydaları haqqında eşitsək də, bir neçə gün öncə Amerikalı alimin bu məhsulla bağlı çıxışı hər kəsdə narahatlıq yaradıb.
Belə ki, amerikalı məşhur biokimyaçı professor Colin Kampbell südün içində olan “kazein” maddəsinin kanserogen olduğunu bildirərək, südün insan üçün təhlükəli qida olduğunu bildirib.
Onun sözlərinə görə, “Kazein” xərçənglə ən güclü bağlantısı və əlaqəsi olan maddədir.
Bəs bu iddialar nə qədər doğrudur?
Mövzu ilə bağlı terapevt Elçin Abbasov əlaqə saxladıq.
E.Abbasov bildirib ki, süd məhsullarının xəstəlik yaratması barədə yayılan məlumatlarə doğru hesab etmir:
“Bu günə kimi süd məhsullarının ancaq xeyirli tərəfləri məlumdur. Tərkibində kalsium, protein, fosfor və maqnezium olan məhsul sümüklərin inkişafı üçün çox vacibdir. Mütəmadi olaraq az yağlı süd içən insanda şəkərli diabetin yaranma riski azalır. Ümumiyyətlə, süd orqanizm üçün olduqca faydalıdır. Yeməkdən sonra və ya səhər ac qarına 1 stəkan süd içmək bağırsaqların normal işləməsinə kömək edir, qan təzyiqini yaxşılaşdırır. İçindəki kalium qan təzyiqinin normal qalmasını təmin edir. Hətta ürək xəstəlikləri üçün də xeyirlidir. Süd məhsulları klimaks keçirən qadınlara da məsləhət görülür”.
Eyyub Hüseynov isə açıqlamasında bildirib ki, bu xəbərin heç bir elmi əsası yoxdur:
“Heç bir jurnalda bu haqda məlumat tapmaq mümkün deyil. Ayrı-ayrı professorların, bəzən pul müqabilində yazılan fikirləri düzgün hesab edilə bilməz. Heç yerdə bu həqiqətə rast gəlmək mümkün deyil. Bunlar dezinformasiya sayılır. İnsanlar yalnız elmi-tədqiqatın nəticəsi olan materiallara inana bilər”.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir