“Rusiya və ABŞ-la Suriyanın şimalındakı vəziyyətlə bağlı əldə olunmuş razılaşmalara baxmayaraq, terrorçular “təhlükəsizlik bölgəsi”ni hələ də tərk etməyib”.
Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, terrorçular Milli Suriya ordusuna qarşı hücumlar təşkil edir. Təkcə son 24 saat ərzində Milli Suriya ordusu 11 itki verib.
Ərdoğanın sözlərinə görə, cavab atəşi ilə terrorçular da çox sayda itki verib.