İdman

Avropa nəhəngləri “Qarabağ”ın “Bayer 04” ilə oyunlarını izləyəcəklər

Avropa nəhəngləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04” ilə keçirəcəyi oyunları izləyəcəklər.

“Zirvə yolu”nun “Mundo Deportivo”ya istinadən məlumatına görə, Almaniyanın “Bavariya” və İspaniyanın “Barselona” klubunun skautları Leverkuzen təmsilçisinin matçlarını diqqətdə saxlayırlar.

Adı çəkilən klublar “Bayer 04”ün yarımmüdafiəçisi Florian Virtzin çıxışını izləmək üçün nümayəndə ayırıblar. “Bavariya” və “Barselona” 20 yaşlı oyunçunun transferi üçün mövsümün sonunda qarşı tərəflə danışıq aparmağı planlaşdırırlar. Virtz bu mövsüm 10 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir