Cəmiyyət

“Avtomobillərə dövlət qeydiyyat nişanının verilməsi prosesi şəffaf olmalıdır” – Elçin Sadıqov DİN-ə şikayət etdi

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Elçin Sadıqov vətəndaşın əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyi ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib.

Pravda.az-a açıqlamasında deyib ki, onun şikayəti ilə bağlı DİN-dən hələ də bir cavab yoxdur.

E.Sadıqov dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı onlayn sistemə keçilməsi təklifini belə dəyərləndirib: “Hər şey şəffaf olmalıdır. Dövlət qeydiyyat nişanları barədə insanlar əvvəlcədən məlumatlı olmalıdırlar və nişanı almaq imkanları olmalıdır ki, bu sahədə korrupsiyaya xitam verilsin. Təklifə müsbət yanaşıram”.

​Pravda.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir