Şəxsiyyət olaraq qayğıkeş və insani keyfiyyətləri özündə cəm edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
Şəxsiyyət olaraq qayğıkeş və insani keyfiyyətləri özündə cəm edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Abas oğlu Babaşov.
Bu gün günümüzdə qeyd etdiyimiz kimi qayğıkeş və insani keyfiyyətlərin dəyərləndirilməsi insan kapitalının toplanmasına elə də çox insan önəmsəməkdədir, lakin bu gün haqqında bəhs edəcəyimiz şəxs həyatda maddi kapitala deyil, mənəvi kapital hesab edilən insan dəyərləri və insan kapitallarına, onların hörmət və ehtiramını özünə sərvət bilən bir şəxsdir.
Bir insan üçün ən qiymətli olan onun xasiyyətidir, insanlara və ətrafına olan münasibətidir. Gözəl insan olmaq üçün, xeyirxah, səmimi, təmiz qəlbli, hər zaman hər yerdə öyrənib, öyrədən olmalıdır. Və bütün bu insani keyfiyyətlərin hamısı Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovda cəm olunub. Rəcəb müəllim savadlı, bilikli və olduqca vətənpərvər bir şəxsiyyətdir. Bir sözlə Rəcəb Babaşov Vətənə, dövlətə, xalqa, dövlətçiliyə sadiq bir şəxsdir. Onun bu cür Vətən, xalq sevgisi elə iş fəaliyyətində də özünü biruzə verir. Elə bunu da qeyd etmək yerinə düşər ki, 02.09.2023-cü il tarixində Qazax rayonunun Yuxarı Salahlı kəndində ümumi sahəsi 55 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 6 ton ot bağlamasının 2 tonu, yaxınlıqda ümumi sahəsi 80 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 8 ton ot bağlamasının 3 tonu yanmışdı və həmin vaxt Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yanğın baş verən əraziyə baş çəkmiş və istənilən zəruri tədbirlərin də layiqincə görülməsinə dair tapşırıqlarını vermiş və həmin tapşırıqların yerinə yetirilməsinə də xüsusi diqqət yetirmişdir. Bu da Rəcəb müəllimin rayon sakinlərinə göstərdiyi yüksək diqqət və qayğının ən bariz nümunəsidir. Çünki Rəcəb müəllim icra başçısı olduğu Qazax rayon sakinlərinin hər zaman yanında olub, onların bütün problemlərini dinləyib və həmin problemlərin aradan qaldırılması üçün istənilən zəruri tədbirlərin də layiqincə görülməsinə xüsusi diqqət yetirib. Bir daha qeyd edək ki, Rəcəb müəllimin də söylədiyi kimi «Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili onun fəaliyyətinin də əsasını təşkil edir». Rəcəb Babaşov Qazaxda işə başladığı ilk gündən hər zaman rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, onları narahat edən məsələləri öz dillərindən eşitməyi qarşısına məqsəd qoymuşdur. Bununla əlaqədar rəsmi qəbul günündən başqa fərdi qəbullar da keçirir, tez-tez rayon sakinlərinin görüşlərinə də gəlir. Çünki Rəcəb müəllimin məqsədi sakinləri narahat edən məsələləri öz dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Elə buna görə də Rəcəb müəllim Qazax rayon sakinlərinin çox böyük rəğbətini qazanıb.
Rəcəb Babaşov rəhbərliyə sədaqət nümunəsidir. Rəcəb Babaşov gördüyü işlərlə rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bir şəxsdir.
Fəqani Aşurov
Baş redaktorun müavini





