İnsan elə yaşamalıdır ki, geriyə baxanda peşman olmasın,əksinə, yaşadıqları ilə qürur və fəxarət hissi keçirsin.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklərin çox gözəl bir sözü var; “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı, lakin şərəfli olur, başı hər zaman el içində uca olur. Çünki onlar öz xoşbəxtliyini, qısacası bütün varlığını vətənə, xalqa şərəf və ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək yanılmarıq. Tam məsuliyyət və böyük qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Alıyev Məmməd Oruc oğludur.
Məmməd müəllim təvazökar insan, əsl dost, eyni zamanda bütün etimadları doğruldan dövlət rəsmisidir. Buna görə ki, Məmməd Alıyev ona həvalə olunan işi böyük məsuliyyət, eyni zamanda xüsusi həvəslə yerinə yetirir. Məmməd müəllim Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini təyin olunması ilə fəaliyyətə başladığı gündən etibarən işinə və rayon sakinlərinə göstərdiyi xüsusi diqqət və qayğı, ümumiyyətlə əvəzsiz xidmətlərinə görə Qazax rayon sakinlərinin çox böyük hörmətini qazanıb. Və bunu da qeyd etmək yerinə düşər ki, 02.09.2023-cü il tarixində Qazax rayonunun Yuxarı Salahlı kəndində ümumi sahəsi 55 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 6 ton ot bağlamasının 2 tonu, yaxınlıqda ümumi sahəsi 80 m² olan dəmir konstruksiyadan ibarət talvarın altına yığılan 8 ton ot bağlamasının 3 tonu yanmışdı həmin vaxt Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmməd Alıyev yanğın baş verən əraziyə gəlib və istənilən zəruri tədbirlərin də görülməsinə diqqət yetirmişdir. Bu da Məmməd müəllimin rayon sakinlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Məhz bu onu deməyə əsas verir ki, Məmməd müəllim el içində ad-san qazanmış şəxslərdəndir. Həmçinin o, xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən şəxsdir. Məmməd müəllimin atdığı addımlar, tutduğu şərəfli və ləyaqətli mövqe hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.
Onu da qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Alıyev Məmməd Oruc oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə «Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Biz də Məmməd müəllimə işlərində yeni-yeni nailiyyətlər arzu edirik.
Arif Baratzadə
Baş redaktor





