Qubada mikroavtobusla minik avtomobili toqquşub.
Hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
Hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
“VAZ 2106” markalı minik avtomobili ilə Quba – Zərdabi marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
[center][img]https://azadmedia.az/uploads/posts/2023-10/1698082948_00a1ce04-4446-4f9d-a132-7ac7b1cf22ea.jpg[/img]
[img]https://azadmedia.az/uploads/posts/2023-10/1698083011_098d694c-3bcd-4b45-ad71-fc04b750e0ed.jpg[/img][/center]





