Cəmiyyət

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi keçirilib

“Zirvə yolu” xəbər verir ki, Türkiyənin Gəncədəki baş konsulluğunda Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi təşkil olunmuşdur.

Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Türkiyə Cümhuriyyətinin yaranma tarixindən, o cümlədən Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətinin inkişafından söhbət açılmışdır. Daha sonra Azərbaycan Respublikasının Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Nəzrin Məmmədovanın “Cümhuriyyət 100 yaşında” adlı fərdi rəsm sərgisi nümayiş etdirilmişdir. Türkiyənin tarixi, o cümlədən ölkələrimiz arasında olan qardaşlıq münasibətlərindən bəhs edən və yağlı boya ilə işlənmiş əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Nurlana İbrahimova

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir