” “Rahat” market özünə hörmət eləmir. Ya da sırf mənim tez-tez getdiyim filialları özünə hörmət eləmir”. DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Əmirqulu Hüseyn adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra qeyd edir: “Keçən dəfə bir paket xurma almışdım, 10 dənəsinin qiyməti vurulmuşdu bir məhsula. Satıcı da deyir 20 neçə manat. Mən fikir verməsəydim, 1 paketə 10 dənəsinin pulunu verəcəkdim.
Selofanlara hazır çəkilib qoyulmuş ləbləbiləri də eyni cürə. Üzərinə 2.60₼ yazılan badam kassada 3.10₼ çıxır. Soruşuram bunun qiyməti neçiyədir? Deyir, üzərində yazılıb. Deyirəm, bax üzərinə, üzrxahlıq etmək əvəzinə, mənə başa salır ki, bu endirimli qiymət olub zart-zurt.
Demək olar məhsulların 80%-inin altındakı qiymətlərinin razvalı qaçıb. Bir çox məhsulun qiyməti qarışıq qoyulub. Bu da müştərini çaş-baş salır. Mən məcbur vaxtımdan getsə də, barkodlarına baxmağa məcbur oluram. Vitirin düzülüşləri çox pintidir.
Rahatda bir çox xarici məhsulun üzərində tərkibi yazılmayıb. Səhv etmirəmsə, qanunla bütün paketləşdirilmiş məhsulların üzərində tərkibi azərbaycanca qeyd edilməlidir. Yanlışım varsa, bilənlər düzəltsin, zəhmət olmasa”.
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…Dia.az