Cəmiyyət

Bu gün Ziyvənisə xanımın doğum günüdür

Yaxın-uzaq tariximizin hər bir dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə oğul və qızlarımız olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Bu belə olub, yəqin ki, bundan sonra da belə olacaq.

Çünki, dünyanın bir çox xalqlarında olduğu kimi, bizim xalqın da özünəməxsus insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübut edən göstəricilərdir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilənlər də olur. Belə bir göstəriciləri özlərində cəmləşdirənlər nəcib işlər gördüklərinə görə sevilirlərsə, onların boya-başa çatdıqları torpağı təmsil edənlər isə, daha çox sevinirlər, daha çox qürur hissi keçirirlər. Çox vaxt belə bir hisslər ümumxalq xarakteri daşıyır və xalq öz sevimli övladlarının qürurlu adları ilə fəxr edirlər. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq məhəbbətini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə yaşayan Vətənin mərd xanımlarından biri də Bakı Şəhər İcra Hakimiyyəti İXO ( inzibati xidmət obyekti) idarəsinin baş mühasibi İslamova Zeyvənisə Məhərrəm qızıdır.

Zeyvənisə xanımın xeyirxah əməllərinin, böyüklüyünü, atdığı addımlarının, verdiyi məsləhətlərinin, insanlara qarşı münasibətinin əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu xanıma qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən hörmət və ehtiramın nəticəsidir.

Zeyvənisə xanım xarakterik xüsusiyyətində sadəliyi sevən, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibət nümayiş etdirməyi bacaran, insanlara lazımi səviyyədə diqqət və qayğı ilə yanaşan bir xanımdır.

Və bu gün 5 noyabr Zeyvənisə xanımın doğum günüdür. Biz də “Zirvə Yolu” Redaksiyası adından bu gün münasibətilə Zeyvənisə xanımı təbrik edirik.

“Böyük ürək sahibi, gülərüzlü, səmimi xanım! Ad gününüz mübarək! Sizə möhkəm cansağlığı, gümrahlıq, gözəl əhval-ruhiyyə və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq! Ömrünüz uzun olsun! Uca Allah Sizi qorusun!”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir