Cəmiyyət

“Bəs bu halda NƏ EDƏCƏKSİNİZ?” – ekspertdən HAQLI SUAL

“Azərsu”, “Azərişiq” və “Azəriqaz” rəsmilərinə və yaxud mətbuat katiblərinə sualım var. Mümkünsə sualımın cavabını elə burada yazın ki hər kəs məlumatlansın…” DİA.AZ bildirir ki, bu sualı özünün “facebook” səhifəsində tanınmış ekspert Elnur Fərzəliyev qeyd olunan şəxslərə ünvanlayıb.

Ekspert minlərlə vətəndaşı düşündürən aktual problemlə baağlı sualına cavab istəyərək yazır: “Oktyabrın 1-dən Bakıda yeni tikilən sənədsiz evlərə hər hansı kommunikasiya vasitələrinin (qaz, su və işığın) çəkilməməsi ilə bağlı qərar qəbul edilib. Bu kommunikasiya vasitələrinin çəkilməsi üçün mütləq şəkildə evin sənədi, yəni cıxarışı təqdim olunmalıdır. Lakin təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə cıxarışı olmayan fərdi həyət evləri var və onların hər birinin kommunikasiya ilə bağlı bütün sayğacları və sizin qurumlarla müqavilələri var. Əgər o həyət evlərində yaşayan sakinlərin hər hansısa bir kommunikasiya sayğacı xarab olarsa və o sayğacın dəyişdirilməsi ilə bağlı sizin qurumlara müraciət olunarsa, onlardan cıxarış tələb olunacaqmı ? Bu sualın cavabı hər kəs ücün vacibdir. Əgər vətəndaşları bu məsələ ilə bağlı məlumatlandırmasanız bu məsələ gələcəkdə böyük problemlərə yol acmış olacaq”.

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir