Bakıda 17 yaşlı qız itkin düşüb.
“Zirvə yolu” xəbər verir ki, noyabrın 6-da Binəqədi rayonu Rəsulzadə qəsəbə sakini – 1976-cı il təvəllüdlü Sultanov Taleh Laçın oğlu Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək 03.11.2023-cü il tarixdə saat 15:30 radələrində onunla birlikdə yaşayan qızı 10.09.2006-cı il təvəllüdlü Sultanlı Şəmsiyyə Taleh qızının yaşadıqları evdən çıxıb getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.
Faktla bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırma aparılır.