Cəmiyyət

Əhməd Vəliyev NƏ GÜNAH SAHİBİDİR Kİ… – Məhəmmədəli Qəribli yazır…

Jurnalist Ramiz Mehdiyevə sual verib ki, onun fəaliyyətinə xitam verilən “Muğanbankın” sahibi Əhməd Vəliyevlə dostluq münasibəti varmı? Ramiz Mehdiyev cavabında deyib: Əhməd Vəliyev kimdir ki, mən onunla dost olam…
Yanaşma, verilən cavab akademik səviyyəsindən daha çox kriminal jarqonlara uyğun tərzdədir. Adətən “oğru dünyası”nda belə jarqondan istifadə edirlər ki, filankəs mənimlə “ravnıy” (bərabər) ola bilməz, çünki onun “zasluqası” (xidmətləri) buna çatmır.
Bildiyim qədəri ilə Ramiz müəllim kriminal avtoriter yox, yüksək postda çalışmış dövlət adamıdır. Onda isə niyə kriminal aləmə xas olan baxış bucağından və onlara bənzər ritorikadan istifadə edir? Bu , artıq insanın fitrətindən gələn bir yanaşmadır.
Adam normal şəkildə deyə bilərdi ki, xeyir, mənim Əhməd Vəliyevlə heç bir dostluğum yoxdur. Mən Əhməd Vəliyevin Ramiz Mehdiyevin qarşısında “qrex”inin (günahının) olub-olmadığını deyə bilmərəm, ancaq istənilən halda, dövlət adamı publika qarşısında dövlət tərbiyyəsinə uyğun danışmalıdır.
İndi görün, bu ədada olan adam az qala 30 il müddətində ölkədə əsas söz sahibi olub və dövlətin ideologiyasına cavabdeh şəxs sayılıb. Təsəvvür edirəm neçə “obyektiv” qərarlar verib.
Məhəmmədəli Qəribli
Azinforum.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir