Siyasət

Səfir: “Türkiyə daim qardaş Azərbaycanın yanındadır”

“Azərbaycan 2023-cü il sentyabrın 19-20-də öz torpaqlarında antiterror əməliyyatlarını həyata keçirdi. Bütün dünya da buna diqqət yetirməlidir. Azərbaycan öz torpaqlarını azad etdi”.

“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Gürcüstanda Azərbaycanın 8 Noyabr – Zəfər Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

“Biz Türkiyə olaraq daim qardaş Azərbaycanın yanındayıq. Onlar haqq savaşında qalib oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə səfir vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir