Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə Cəfər Xandan küçəsində baş verib.
1977-ci il təvəllüdlü Vəzirov Akif Həsənağa oğlu yolu keçmək istəyərkən “99-FF-892” dövlət nömrə nişanlı “Kia Optima” markalı minik avtomobili onu vurub.
Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırma aparılır.