Bütün insanların əsas məqsədi bu dünyada rahat və xoşbəxt yaşamaqdır. Lakin rahat və xoşbəxt yaşamaq üçün, ilk növbədə sağlam can olmalıdır. Çünki cansağlığı olmadan xoşbəxtlik də olmaz. Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin çox böyük rolu var.
Həkim öz vəzifəsini xəstənin yaşından, cinsindən, irqindən, sosial vəziyyətindən, dini əqidəsindən, siyasi baxışlarından, milliyətindən, vətəndaşlığından, hətta maddi vəziyyətindən asılı olmayaraq yerinə yetirməlidir. Həmçinin həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Buna görə də həkim tibb elminin ən son nailiyyətlərindən istifadə edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir. Həkimin insaflılığı, etibarlılığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkimin sənətinə vicdanla yanaşması da çox mühüm məsələlərdəndir. Çünki yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır. Həm yaxşı insan, həm də vicdanlı və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də tibb üzrə fəlsəfə doktoru Şəmsəddin Xudaverdiyevdir.
Şəmsəddin Xudaverdiyev uzun müddət Azərbaycanda Protezləşmə və Ortopediya sahəsində çalışıb. Və uzun müddət Bakı Protez-Ortopedik Bərpa Mərkəzində 35 il rəhbərlik edib. O, Azərbaycanda protezləşmə ortopediya Reabilitasiya xidmətləri üzrə mütəxəssisdir. Bilirik ki, amputasiya olunandan sonra xəstələrin düzgün, müəyyən olunmuş fikirləri olmur, nə etməli olduğunu bilmirlər və ona görə də protezləşməyə gəldikdə onlarda bir çox problemlər yaranır. Amputasiya keçirmiş insanlar çox emosional, psixoloji cəhətdən gərgin insanlar olurlar ki, bunların da amputasiyadan sonra onlar üzərində aparılan reabilitasiya və başqa xidmətlər yerində olmalıdır ki, onların itirilmiş funksiyalarının bərpası, gələcəkdə onların cəmiyyətə inteqrasiya olunması, təzədən həyata qaytarılması və onları davam etdirməsi üçün bunların əsası amputasiyadan sonrakı dövrdə xəstənin üzərində aparılan reabilitasiya xidmətlərindən çox asılıdır. Bütün bu kimi vacibi məsələləri Şəmsəddin doktor çox yaxşı bilir, buna görə də o, amputasiyadan sonra protezləşmə üçün ona müraciət edən hər bir pasiyentə lazımi diqqət və qayğı göstərməklə bərabər işini böyük peşəkarlıqla yerinə yetirir. Buna görə də Şəmsəddin Xudaverdiyev sözün əsl mənasında işinin peşəkarıdır, çünki o işini layiqincə yerinə yetirir.





