“Adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və Parlament seçkilərinə nisbətən o qədər də çox olmur”.
APA -nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O bildirib ki, MSK Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərib: “Çünki adətən, bələdiyyə seçkilərində onlar müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır”.
Komissiya sədri qeyd edib ki, 15 müxtəlif ölkənin MSK-na da dəvət göndərilib: ”Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət Təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.